...

İranın Azərbaycanın daxili işlərinə qarışmaq faktı yoxdur – səfir

Siyasət Materials 9 Fevral 2011 18:01 (UTC +04:00)
İranın Azərbaycanın daxili işlərinə qarışmaq faktı yoxdur – səfir
İranın Azərbaycanın daxili işlərinə qarışmaq faktı yoxdur – səfir

Azərbaycan, Bakı, 9 Fevral /Trend, müxbir T. Cəfərov/

İranın Azərbaycanın daxili işlərinə qarşımaq faktı yoxdur, Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib.

O, son zamanlar İranın "Səhər-2" kanalının Azərbaycan ilə bağlı hazırladığı verilişlərə münasibət bildirərkən deyib ki, hər iki ölkədə olan bəzi media qurumları naşıcasına hərəkət edirlər.

"İki ölkənin prezidentlərinin iradəsi ölkələrin dostluğunu möhkəmləndirməkdir. Biz həmin media qurumlarını fəaliyyətlərini bu istiqamətdə qurmağa səsləyirik" - səfir əlavə edib.

Səfir hesab edir ki, Azərbaycan və İran əleyhinə olan yazılar ABŞ və İsrailin əli ilə edilir və məqsəd iki ölkənin dostluğunu pozmaqdır.

"İran beynəlxalq və regional təşkilatlarda Azərbaycana hər zaman öz dəstəyini verib" səfir deyib. Qarabağ probleminin həllində bütün potensialımızdan istifadə edəcəyik" səfir deyib.

Bəhrami Şuşanın işğalında ABŞ və İsraili günahlandırıb.

Xəbər lenti

Xəbər lenti