Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir A.Qasımova/
Sloveniyanın müdafiə naziri Lyubitsa Yeluşiç (Ljubica Jelusic) martın 2-3 də Azərbaycana rəsmi səfər edəcək. Trend-in məlumatına görə, bu barədə Sloveniyanın STA informasiya agentliyi məlumat verib.
Nazir Bakıda müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır. Hərbi əməkdaşlıq haqqında sazişin imzalanacağı da gözlənilir.
Azərbaycan 30-dan artıq ölkə ilə hərbi əməkdaşlıq haqqında ikitərəfli saziş imzalayıb, bu sahədə təxminən 53 dövlətlə əlaqələr qurulub.