...

Azərbaycan Prezidenti Ukraynanın müdafiə naziri başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 16 Mart 2011 18:11 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti Ukraynanın müdafiə naziri başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 16-da Ukraynanın müdafiə naziri Mixail Yejelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulandı. Ukraynanın müdafiə naziri Mixail Yejelin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan ilə Ukraynanın müvafiq qurumları arasında əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və yeni perspektivlərin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti qeyd olundu.

Xəbər lenti

Xəbər lenti