...

Yunanıstan Prezidentinin Azərbaycana səfəri zamanı üç sənədin imzalanacağı gözlənilir

Siyasət Materials 29 Mart 2011 12:42 (UTC +04:00)
Azərbaycanla Yunanıstan arasında ikitərəfli əməkdaşlıq üzrə üç sənəd layihəsi hazırlanıb. Onların Yunanıstan Prezidenti Karlos Papuliasın Azərbaycana qarşıdakı rəsmi səfəri çərçivəsində imzalanması planlaşdırılır.
Yunanıstan Prezidentinin Azərbaycana səfəri zamanı üç sənədin imzalanacağı gözlənilir

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanla Yunanıstan arasında ikitərəfli əməkdaşlıq üzrə üç sənəd layihəsi hazırlanıb. Onların Yunanıstan Prezidenti Karlos Papuliasın Azərbaycana qarşıdakı rəsmi səfəri çərçivəsində imzalanması planlaşdırılır. Bu barədə Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Yunanıstan Prezidenti Karlos Papuliasın Azərbaycana səfəri aprelin 4-6-da baş tutacaq.

Səfər zamanı tərəflərin elm, təhsil və mədəniyyət sahələrində üçillik əməkdaşlıq proqramı, ətraf mühitin mühafizəsi və dəniz nəqliyyatı sahələrində saziş imzalayacaqları gözlənilir.

Yunanıstan Prezidentinin səfəri zaman diqqət mərkəzində siyasi, investisiya, iqtisadi, humanitar, eləcə də energetika sahələrində ikitərəfli əməkdaşlığın gələcəkdə aktivləşdirilməsi məsələsi olacaq. Bunu bir müddət əvvəl Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev Trend-ə bildirib.

"Söhbət təkcə Azərbaycanın təbii qazının ARDNŞ və onun yunan tərəfdaşı arasındakı "birbaşa müqavilə" əsasında Yunanıstan bazarına çıxarılmasından deyil, həm də alternativ enerji istehsalında əməkdaşlıqdan gedir. Yeri gəlmişkən, Yunanıstanın həm sənaye, həm də konsaltinq şirkətləri ölkəmizə cəlbedici və etibarlı tərəfdaş kimi baxaraq, bu sahədəki əməkdaşlığa nəzərəçarpacaq maraq göstərirlər", - diplomat deyib.

Xəbər lenti

Xəbər lenti