...

Azərbaycanda xarici turistlərin viza alması asanlaşdırılacaq (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Aprel 2011 13:45 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Azərbaycanın "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanununa dəyişiklikləri müzakirə edir.
Azərbaycanda xarici turistlərin viza alması asanlaşdırılacaq (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:41-də dərc olunub)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Azərbaycanın "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanununa dəyişiklikləri müzakirə edir.

Azərbaycanda 2011-ci ilin "Turizm ili" elan edilməsi ilə bağlı dəyişikliklər ölkəyə səfər edən xarici turistlərin viza almalarının asanlaşdırılmasına yönəlib. Trend-in məlumatına görə, bunu Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında komitə sədri Əli Hüseynov bildirib.

Onun sözlərinə görə, dəyişikliklərə görə, vizaların alınması barədə müraciətlərə maksimum 15 gün ərzində baxılacaq. "Dəyişikliklərdə qeyd olunur ki, turist vizaları 30 günlüyə verilir, bu da turist putyovkaları üçün maksimum müddətidir", - Hüseynov deyib.

İclasda Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova turistlər üçün viza şərtlərinin sadələşdirilməsinin müsbət məqam olduğunu bildirib. Qeyd edib ki, eyni zamanda, ölkəyə turist axınını diqqətlə izləmək vacibdir, çünki hazırda bütün dünyada qanunsuz miqrasiya dalğası artır. Onun sözlərinə görə, azərbaycanlılar üçün turist səfərləri təşkil edən xarici şirkətlərin fəaliyyətinə də nəzarət etmək zəruridir.

Qanun layihəsi Parlamentin plenar iclasına təqdim olunub.

Xəbər lenti

Xəbər lenti