...

Azərbaycanın hakim partiyası ölkə gənclərini dövlətin maraqlarına xidmət etməyə çağırıb

Siyasət Materials 1 Aprel 2011 16:47 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ölkə gənclərinə müraciət edib.
Azərbaycanın hakim partiyası ölkə gənclərini dövlətin maraqlarına xidmət etməyə çağırıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın hakim partiyası ölkə gənclərinə müraciət edib.

"Biz istərdik ki, qara qüvvələrə xidmət üçün cəlb edilən gənclər də ayılsınlar. Onların başqa niyyətlərinin həyata keçirilməsində vasitə olmalarına imkan verməsinlər", - Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov bildirib.

Əhmədovun sözlərinə görə, Azərbaycan gəncliyi dövlət maraqları ilə bir yerdə olmalıdır.

"Azərbaycanın gələcəyi gənclərdir. Bu gün Azərbaycan hakimiyyətinin və Prezidentinin həyata keçirdiyi siyasət yalnız bir məqsədə xidmət edir. Bu, Azərbaycanın bugünkü nəsli üçün yaxşı həyat şəraiti yaratmaq, Azərbaycanın gələcəyinin parlaq, firavan olması üçün lazım olan işləri görməkdir", - YAP rəsmisi qeyd edib.

Əhmədovun fikrincə, çox təəssüfləndirici hal olardı ki, Azərbaycan gəncləri az sayda olsa da, hansısa çirkli məqsədlərin həyata keçirilməsində vasitə olsunlar.

Xəbər lenti

Xəbər lenti