...

Azərbaycandakı siyasi proseslər normaldır və istənilən demokratik dövlətə xasdır - vitse-spiker

Siyasət Materials 22 Aprel 2011 13:42 (UTC +04:00)
Ölkədə baş verən siyasi proseslər normaldır, onlar istənilən demokratik dövlətə xasdır. Trend-in məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova belə hesab edir.
Azərbaycandakı siyasi proseslər normaldır və istənilən demokratik dövlətə xasdır - vitse-spiker

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Ölkədə baş verən siyasi proseslər normaldır, onlar istənilən demokratik dövlətə xasdır. Trend-in məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova belə hesab edir.

"Artıq uzun illərdir radikal müxalifət ölkə hakimiyyətini qeyri-legitim hesab edir, halbuki hakim partiya öz işi ilə məşğul olur, dövlət və Azərbaycan xalqının maraqlarını təmin etmək üçün fəaliyyətini həyata keçirir", - Muradova cümə günü jurnalistlərə bildirib.

Muradova ölkədəki müxalifət partiyalarının funksionerlərinin Azərbaycan Milli İstiqlal Partiyasının hakim Yeni Azərbaycan Partiyasının təzyiqi ilə qondarma İctimai Palatadan çıxması ilə bağlı şərhlərinə də münasibət bildirib.

"Bu partiya YAP-ın arzusu ilə İctimai Palataya üzv olmayıb ki, oradan onun təzyiqi ilə çıxsın. Bütün bu bəyanatlar uydurmadır. Əldəqayırma təşkilat belə bəyanatlarla dağılmasını gizlətmək istəyir", - vitse-spiker qeyd edib.

Azərbaycan Milli İstiqlal Partiyası qondarma İctimai Palatadan çıxıb. Bu barədə qərar aprelin 18-də partiyanın Siyasi Şurasının iclasında qəbul edilib.

Xəbər lenti

Xəbər lenti