...

Litva Prezidenti Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Siyasət Materials 3 May 2011 10:46 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte mayın 3-də Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarında keçmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib
Litva Prezidenti Fəxri və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycan, Bakı, 3 may /Trend/

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Litva Respublikasının Prezidenti xanım Dalya Qribauskayte mayın 3-də Azərbaycanın azadlığı və bütövlüyü uğrunda canlarında keçmiş qəhrəman Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanını ziyarət edib.

Trend-in məlumatına görə, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Litva Prezidenti "Əbədi məşəl" abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Litva və Azərbaycanın dövlət himnləri səsləndi.

Sonra qonaq Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi. AIi qonağa paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

Qribauskayte həmin gün Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə gül dəstəsi qoyulub.

Xəbər lenti

Xəbər lenti