...

Azərbaycan və Latviya hökumətləri iqtisadi əməkdaşlığın inkişafı perspektivlərini nəzərdən keçirir - səfir

Siyasət Materials 4 May 2011 12:02 (UTC +04:00)
Azərbaycan və Latviya hökumətləri iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirirlər.
Azərbaycan və Latviya hökumətləri iqtisadi əməkdaşlığın inkişafı perspektivlərini nəzərdən keçirir - səfir

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Latviya hökumətləri iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirir.

Bu mövzuda müzakirələr mayın 11-13-də Riqada itisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Azərbaycan-Latviya hökumətlərarası komissiyanın dördüncü iclasında aparılacaq. Bu barədə çərşənbə günü Trend-ə Latviyanın Azərbaycandakı səfiri Hardiys Baumanis məlumat verib.

İclasda əsas diqqət konkret layihələr üzrə iki ölkənin əməkdaşlığının inkişafı məsələlərinə, eləcə də Azərbaycanla Latviya arasında mal dövriyyəsinin həcminin artırılması üçün əlaqələrin genişləndirilməsi imkanlarına ayrılacaq.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ilin yanvar-fevral aylarında iki ölkə arasında mal dövriyyəsi 4 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti