...

Bakı Apelyasiya Məhkəməsinin hakimləri və əməkdaşları Heydər Əliyev Fondunda olublar

Siyasət Materials 5 May 2011 14:38 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsinin hakimləri və əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olublar
Bakı Apelyasiya Məhkəməsinin hakimləri və əməkdaşları Heydər Əliyev Fondunda olublar

Mayın 5-də Bakı Apelyasiya Məhkəməsinin hakimləri və əməkdaşları Heydər Əliyev Fondu ilə tanış olublar.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı ziyarətə gələn qonaqlara Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi görkəmli siyasi xadim Heydər Əliyevin zəngin dövlətçilik və siyasi irsini öyrənmək, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönələn genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaq, ölkəmizin mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdir.
Ümummilli liderin şəxsi arxivindən götürülən eksponatlar qonaqlarda zəngin təəssürat yaratmışdır. Heydər Əliyevin dövlətçiliyə sonsuz sədaqəti və millətsevərliyi sözün həqiqi mənasında nəsillərə örnəkdir. Ulu öndərin müxtəlif dövrlərdə respublikamıza rəhbərlik etdiyi illərdə çəkilmiş fotolar və qiymətli eksponatlar şərəfli ömrün salnaməsini xatirələrdə bir daha canlandırır. Məlumat verilmişdir ki, zəngin, şərəfli və mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr edən ümummilli lider dövlətçiliyimizin möhkəmlənməsində, xalqımızın milli maraqlarının və mənafelərinin qorunmasında böyük işlər görmüşdür.

Ulu öndər şərəfli ömür yolunu bütünlükdə doğma Vətəninin tərəqqisi işinə həsr etmişdir. Azərbaycanın dünəni, bu günü və sabahı Heydər Əliyevin ölməz adı və əbədiyaşar ideyaları ilə bağlıdır.

Fondla tanışlıqdan sonra məhkəmənin hakimləri və əməkdaşları dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən "Böyük ömrün anları" filminə baxmışlar.

Qonaqlar Fonddan zəngin təəssüratla ayrılmışlar.

Xəbər lenti

Xəbər lenti