...

Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçiriləcək

Siyasət Materials 27 May 2011 20:40 (UTC +04:00)
Cari ilin 31 may - 2 iyun tarixlərində Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçiriləcək. Tədbir YUNESKO, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə təşkil olunur.
Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçiriləcək

Azərbaycan, Bakı, 27 may/Trend/

Cari ilin 31 may - 2 iyun tarixlərində Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçiriləcək. Tədbir YUNESKO, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə təşkil olunur. Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

Cari ilin 31 may - 2 iyun tarixlərində Bakıda YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçiriləcəkdir. Tədbir YUNESKO, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan Hökumətinin dəstəyi ilə təşkil olunur.

Sessiyada 80-ə yaxın xarici qonaq, o cümlədən YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin üzvləri, YUNESKO-nun əməkdaşları, məruzəçilər və müşahidəçilər iştirak edəcəklər. Eyni zamanda, tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, elm xadimləri, eləcə də diplomatik korpusun nümayəndələrinin iştirakı planlaşdırılır.

Bakı Biznes Mərkəzində keçiriləcək sessiyanın açılış mərasimində Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva və YUNESKO-nun Baş Direktoru İrina Bokovanın tədbir iştirakçılarına müraciətləri ünvanlanacaq, AMEA-nın prezidenti Mahmud Kərimov, YUNESKO Baş Direktorunun Sosial və Humanitar Elmlər üzrə müavini Pilar Alvarez Laso, Beynəlxalq Bioetika Komitəsinin sədri Donald Evans çıxışlar edəcəklər. Eyni zamanda, sessiyada YUNESKO-ya üzv olan müxtəlif ölkələrin bioetika üzrə ekspertlərinin məruzələri dinləniləcəkdir.

Tədbirin əhəmiyyətini nəzərə alaraq, may ayının 30-da Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarətin təşkili və sessiya iştirakçıları adından əklillərin qoyulması nəzərdə tutulmuşdur.

Sessiyada ənənəvi tibbin etik təsirləri, Şərqi Avropada bioetika, bioetika sahəsində YUNESKO Bəyannamələrinin icrası kimi məsələlər müzakirə ediləcəkdir.

Sessiya iyun ayının 2-dək davam edəcəkdir. İyun ayının 4-də isə AMEA-nın İnsan Hüquqları İnstitutunda bioetika üzrə xarici ekspertlərin iştirakı ilə bioetika üzrə treninq-seminar keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti