...

Azərbaycan Prezidenti İsveç Kralına təbrik məktubu göndərib

Siyasət Materials 4 İyun 2011 17:45 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycan Prezidenti İsveç Kralına təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu göndərib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Məktubda deyilir ki, Milli bayramınız - İsveç bayrağı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan-İsveç münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında öz inkişafını davam etdirəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost İsveç xalqına əmin-amanlıq və rifah diləyirəm.

Xəbər lenti

Xəbər lenti