...

Azərbaycan XİN rəhbəri Pakistanın səfirini qəbul edib

Siyasət Materials 8 İyun 2011 11:10 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmidi ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan XİN rəhbəri Pakistanın səfirini qəbul edib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Azərbaycandakı səfiri Əbdül Həmidi ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Bu barədə Trend-ə XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Həmid Azərbaycanda Pakistanın səfiri olmasından məmnunluğunu ifadə edib. İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə faydalı əməkdaşlığını qeyd edib.

Öz növbəsində Məmmədyarov səfirə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti