...

Azərbaycanın hakim partiyasının Gənclər Birliyi Avropa Xalq Partiyasının tədbirində iştirak edəcək

Siyasət Materials 23 İyun 2011 16:44 (UTC +04:00)
YAP Gənclər Birliyi Avropa Xalq Partiyasının Avropa Demokrat Tələbələr qurumunun 50 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək.
Azərbaycanın hakim partiyasının Gənclər Birliyi Avropa Xalq Partiyasının tədbirində iştirak edəcək

Azərbaycan, Bakı, 23 iyun /Trend/

YAP Gənclər Birliyi Avropa Xalq Partiyasının Avropa Demokrat Tələbələr qurumunun 50 illiyinə həsr olunmuş tədbirdə iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında bildirilib.

Avstriyanın Vyana şəhərində 8-12 iyul tarixlərində keçiriləcək Avropa Xalq Partiyasının (EPP) assosiativ təşkilatı olan Avropa Demokrat Tələbələr (EDS) qurumunun 50 illiyinə həsr olunmuş silsilə tədbirlərdə YAP Gənclər Birliyi sədrinin beynəlxalq məsələlər üzrə müavini Ramin Məmmədov iştirak edəcək.

Toplantının iştirakçıları arasında Avstriyanın xarici işlər naziri və vitse-kansleri, Avstriya Xalq Partiyasının sədri Mixael Şpindelegger, regional siyasət üzrə Avropa komissarı Yohannes Han, Macarıstan, Slovakiya, Polşa və Çexiyanın xarici işlər nazirləri və bir sıra yüksək rütbəli diplomatlar olacaq.

Xəbər lenti

Xəbər lenti