...

Azərbaycanla NATO arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir - daimi nümayəndə

Siyasət Materials 4 İyul 2011 10:55 (UTC +04:00)
Azərbaycanla NATO arasında münasibətlərin müsbət istiqamətdə inkişafı davam edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim bildirib.
Azərbaycanla NATO arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir - daimi nümayəndə

Azərbaycan, Bakı, 4 iyul /Trend/

Azərbaycanla NATO arasında münasibətlərin müsbət istiqamətdə inkişafı davam edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycanın NATO yanında daimi nümayəndəsi Xəzər İbrahim bildirib.

O qeyd edib ki, Azərbaycan artıq 90-cı illərdə olduğu kimi NATO-nun adi tərəfdaşı deyil, ölkə alyansla sıx əməkdaşlıq edir.

"Azərbaycan bu gün Əfqanıstanda ciddi sülhyaratma fəaliyyəti həyata keçirir və bu ölkədəki sülhyaratma əməliyyatları üçün əsas tranzit dövlətlərdən biridir. Azərbaycan, həmçinin Əfqanıstanın müxtəlif strukturlarının nümayəndələri üçün treninqlər keçirir və bu ölkəyə müxtəlif sahələrdə kömək göstərir", - İbrahim deyib.

Onun sözlərinə görə, Azərbaycan bu gün NATO-nun Əfqanıstandakı sülhyaratma əməmliyyatlarına böyük töhfə verən ölkələrdən biridir.

İbrahimin fikrincə, Azərbaycanın Qoşulmamaq Hərəkatına daxil olması alyansın Bakı ilə əməkdaşlığına heç bir təsir göstərmir.

Qoşulmama Hərəkatı dünyanın 118 ölkəsini ilk növbədə hərbi bloklara qoşulmamaq prinsipi üzrə birləşdirən beynəlxalq təşkilatdır. Qoşulmamaq Hərəkatı 1961-ci ilin sentyabrında Belqradda 25 ölkənin iştirakı ilə yaradılıb. Təşkilata Asiya, Afrika və Latın Amerikası ölkələri, eləcə də 15 müşahidəçi ölkə - Azərbaycan, Ermənistan, Bosniya və Herseqovina, Braziliya, Qazaxıstan, Qırğızıstan, ÇXR, Kosta-Rika, Meksika, Paraqvay, Salvador, Serbiya, Tacikistan, Ukrayna, Uruqvay, Xorvatiya və Monteneqro daxildir.

Xəbər lenti

Xəbər lenti