...

Türkiyə ilə viza rejiminin ləğvi Azərbaycana təhlükəsizliklə bağlı problemlər yarada bilər - politoloq

Siyasət Materials 3 Avqust 2011 13:39 (UTC +04:00)
Türkiyə ilə viza rejiminin ləğvi Azərbaycana təhlükəsizliklə bağlı problemlər yarada bilər.
Türkiyə ilə viza rejiminin ləğvi Azərbaycana təhlükəsizliklə bağlı problemlər yarada bilər - politoloq

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

Türkiyə ilə viza rejiminin ləğvi Azərbaycana təhlükəsizliklə bağlı problemlər yarada bilər. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında əsas gərginlik yaradan məsələlərdən biri viza rejiminin ləğvidir.

"Otuza yaxın dövlətlə viza rejimini ləğv etməyi ilə öyünən Türkiyə sayın artmasında hədsiz maraqlıdır. Bəzi rəsmilər viza rejiminin ləğvini Türkiyənin özünütəsdiqi kimi başa düşürlər", - Əhmədoğlu bildirib.

Politoloq qeyd edib ki, Türkiyənin daxilində xeyli antiazərbaycan mahiyyətli, Türkiyə-Azərbaycan qardaşlığını istəməyən, ermənilərin maraqlarına xidmət edən, Qərbin və İranın qrant layihələrini həyata keçirən qüvvələr var. Türkiyə Siyasi və İqtisadi Araşdırmalar Vəqfinin bu yaxınlarda açıqladığı sosioloji tədqiqatın nəticəsi də bunu sübut edir.

"Türkiyə əhalisi arasında Azərbaycana müsbət münasibət bəsləyənlərin sayı çəmi 19, İrana müsbət münasibət bəsləyənlərin sayı isə 43 faizdir. Bu, yalnız İranın pulu hesabına maliyyələşən Türkiyədəki cəmiyyətin içərisində mümkündür. Beləliklə, hər an Türkiyədən Azərbaycan dostluğunun əleyhinə işləyən, Azərbaycanın strateji maraqlarına ziyan vurmaq gücündə olan adamlar gələ bilər. Viza rejiminin ləğvi Azərbaycan dövlətinin belə adamlara qarşı mübarizə aparmaq imkanlarını xeyli məhdudlaşdırır", - Əhmədoğlu əlavə edib.

Xəbər lenti

Xəbər lenti