...

Azərbaycan sərhədçiləri və gömrükçüləri Latviyada təcrübə keçəcəklər

Siyasət Materials 16 Avqust 2011 12:44 (UTC +04:00)
Azərbaycan Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti Latviyada təcrübə keçəcək.
Azərbaycan sərhədçiləri və gömrükçüləri Latviyada təcrübə keçəcəklər

Azərbaycan, Bakı, 16 avqust / Trend /

Azərbaycan Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarından ibarət nümayəndə heyəti Latviyada təcrübə keçəcək.

Trend-in məlumatına görə, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycan nümayəndəliyindən çərşənbə axşamı bildirilib.

Nümayəndə heyəti səfər zamanı Latviyanın Dövlət Sərhəd Kollecində, Latviya-Rusiya sərhədində sərhəd və miqrasiya nəzarətinə cavabdeh olan Ludza şəhərində, Dövlət Sərhəd Mühafizəsinin Aviasiya İdarəsində, Qrebneva sərhəd-keçid məntəqəsində, həmçinin Ventspils Dəniz Əməliyyat Koordinasiyası Mərkəzində bir sıra görüşlər keçirəcək.

Məlumatda qeyd olunur ki, səfər zamanı əldə olunmuş təcrübə və biliklər sərhəd buraxılış məntəqələrində mövcud olan prosedurların təkmilləşdirilməsi imkanlarına dəstək verməklə, sərhədlərin daha təhlükəsiz idarə olunması və ticarətin asanlaşdırılması sahəsində beynəlxalq standartlara uyğun prosedurların inkişafını təmin edəcəkdir.

Səfər avqust ayının 22-26-da təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti