...

Ərəb Dövlətləri Liqası Liviya Milli Keçid Şurasını tanıdı

Siyasət Materials 25 Avqust 2011 16:33 (UTC +04:00)
Ərəb Dövlətləri Liqası (ƏDL) Liviya Milli Keçid Şurasını Liviya xalqının qanuni nümayəndəsi kimi tanıyıb.
Ərəb Dövlətləri Liqası Liviya Milli Keçid Şurasını tanıdı

Azərbaycan, Bakı, 25 avqust /Trend/

Ərəb Dövlətləri Liqası (ƏDL) Liviya Milli Keçid Şurasını Liviya xalqının qanuni nümayəndəsi kimi tanıyıb. Trend-in məlumatına görə, bu barədə təşkilatın baş katibi Nabil əl-Ərəbiyə istinadən "Royter" agentliyi xəbər verir.

Əl-Ərəbinin sözlərinə görə, Liviya Milli Keçid Şurasına Ərəb Dövlətləri Liqasında daimi nümayəndə yeri veriləcək.

ƏDL fevralın 22-də Liviyanın təşkilatdakı fəaliyyətini ölkəni bürüyən kütləvi iğtişaşlarla və hakimiyyət tərəfindən bu iğtişaşların yatırılması ilə bağlı dayandırmışdı.

Xəbər lenti

Xəbər lenti