...

Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Siyasət Materials 31 Avqust 2011 15:04 (UTC +04:00)
Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona telefonla zəng edib.
Azərbaycan və Tacikistan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmona telefonla zəng edib.

Telefon söhbəti zamanı dövlət başçıları ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğunu qeyd ediblər.

Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon müqəddəs Ramazan bayramı münasibətilə bir-birini təbrik edib, xalqlarımıza əmin-amanlıq və firavanlıq arzulayıblar.

Dövlət başçıları regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər lenti

Xəbər lenti