...

Naxçıvan MR-in QHT-ləri beynəlxalq təcrübəni öyrənir

Siyasət Materials 5 Sentyabr 2011 17:04 (UTC +04:00)
ATƏT Naxçıvan Muxtar Respublikasında (NMR) vətəndaş cəmiyyətinin möhkəmlənməsi üzrə ikigünlük seminar keçirir.
Naxçıvan MR-in QHT-ləri beynəlxalq təcrübəni öyrənir

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

ATƏT Naxçıvan Muxtar Respublikasında (NMR) vətəndaş cəmiyyətinin möhkəmlənməsi üzrə ikigünlük seminar keçirir. Trend-in məlumatına görə, bu barədə qurumun məlumatında deyilir.

Bazar ertəsi başlayan seminar ATƏT-in Bakı ofisi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), NMR-in Ədliyyə Nazirliyi ilə birgə təşkil olunub.
Seminarda iştirak edən 25-ə yaxın yerli QHT sərbəst toplaşma hüququnun efffektiv reallaşdırılması məsələsini, eləcə də QHT-lərin yaradılması və qeydiyyatı üzrə hüquqi tələbləri müzakirə edəcəklər.

"Bu seminar vasitəsilə biz Naxçıvanın vətəndaş cəmiyyətinin imkanlarının yaxşılaşdırılmasına, mövcud qanunvericilik, beynəlxalq standartlar və praktikaya uyğun işləməyə çalışırıq", - məlumatda ATƏT-in Bakı ofisinin hüquqi məsələlər üzrə nümayəndəsi Nataşa Rasiçdən sitat verilir.

Bugünkü tədbir ATƏT-in Bakı ofisinin 2011-ci il üzrə treninq proqramının bir hissəsidir.

Xəbər lenti

Xəbər lenti