...

Azərbaycan və Türkiyə spikerləri Dağlıq Qarabağ problemini müzakirə ediblər

Siyasət Materials 21 Sentyabr 2011 19:09 (UTC +04:00)
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.
Azərbaycan və Türkiyə spikerləri Dağlıq Qarabağ problemini müzakirə ediblər

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir B.Hacıyev/

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəklə görüşüb.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Cəmil Çiçək iki ölkə arasında mövcud olan sıx əlaqələrdən, bu münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyindən söz açıb.

Oqtay Əsədov Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq əlaqələrinin tarixi köklərindən, iki ölkə parlamentləri arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyindən, Dağlıq Qarabağ problemi ilə əlaqədar Türkiyənin Azərbaycana olan dəstəyindən, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın konstruktiv səylərindən danışıb.

Cəmil Çiçək də Dağlıq Qarabağ problemi ilə əlaqədar Türkiyənin Azərbaycana olan dəstəyinin daim davam edəcəyini deyb.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində ilk olaraq Mustafa Kamal Atatürkün məqbərəsi "Anıtkabir"i ziyarət edib, Qurtuluş Müharibəsi muzeyi ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti