...

Avropa Parlamenti: Azərbaycan regionda sabitliyin təmini baxımından əhəmiyyətlidir

Siyasət Materials 23 Sentyabr 2011 13:49 (UTC +04:00)
Regionda sabitliyin təmini baxımından Azərbaycan və onun dəyərləri bizim üçün əhəmiyyətlidir.
Avropa Parlamenti: Azərbaycan regionda sabitliyin təmini baxımından əhəmiyyətlidir

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İasbalayeva/

Regionda sabitliyin təmini baxımından Azərbaycan və onun dəyərləri bizim üçün əhəmiyyətlidir. Trend-in məlumatına görə, bunu cümə günü Bakıda keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Alt Komitəsinin vitse-prezidenti xanım Norika Nikolai deyib.

Nikolai Azərbaycanla Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlığın da əhəmiyyətli olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanın qədim tarixi var.

"Azərbaycan özünün qədim tarixə malik olan mədəniyyəti ilə də dünyada tanınıb. Azərbaycan xalqı həmişə güclü olub, öz müstəqilliyi uğurunda mübarizə aparıb", - komitənin vitse-prezidenti deyib.

Xəbər lenti

Xəbər lenti