...

Azərbaycan BMT-də Fələstinə dəstək verəcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 24 Sentyabr 2011 16:57 (UTC +04:00)
Azərbaycan BMT Baş Assambleyasında Fələstinə dəstək verəcək.
Azərbaycan BMT-də Fələstinə dəstək verəcək (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:42-də yayılıb)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan BMT Baş Assambleyasında Fələstinə dəstək verəcək. Trend-in məlumatına görə, bunu şənbə günü Bakıda keçirilən Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransda çıxışı zamanı xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvüdür. Ümumiyyətlə, Azərbaycan İslam dünyasını təmsi edən dövlətdir. Biz əlbəttə ki, Fələstin məsələsinə dəstək verməliyik. Azərbaycan həmişə BMT Baş Assambleyasında Fələstinin lehinə səs verib", - konfransda bu barədə qaldırılan suala cavab olaraq Əzimov deyib.

Onun sözlərinə görə, Azərbaycan eyni zamanda beynəlxalq hüququn prinsiplərinə hörmət edir.

"Fələstinin ərazisi işğal olunub və bu fakta göz yuma bilmərik. Eyni zamanda, bunu kifayət qədər əməkdaşlığımız və tərəfdaşlığımız olan İsrailə də bildirmişik", - Əzimov qeyd edib.

Xarici işlər nazirinin müavini bildirib ki, bu məsələdə müəyyən körpü tapmaq lazımdır və Benyamin Netanyahu ilə Mahmud Abbasın son çıxışlarında söylənilənləri nəzərə alsaq, belə körpünün mümkünlüyü görünür.

Xəbər lenti

Xəbər lenti