Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir A.Tağıyeva/
Türkiyə Kipr ilə problemləri danışıqlar yolu ilə həll etməyə çalışır, amma Kipr tərəfi birbaşa danışıqlardan qaçır. Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbəri olduğu Ədalət və İnkişaf Partiyasının iclasındakı çıxışında bildirib. Trend-in məlumatına görə, xəbəri TRT Haber telekanalı yayıb.
Ərdoğanın sözlərinə görə, beynəlxalq təşkilatlar dövlətlərin hüquqlarının pozulmasına göz yumur.
Nikosiyanın yunan və türk tərəflərina ayrılmış adanın sahillərindəki şelfin işlənməsi fəaliyyətlərinə başlanmasından sonra bugün Türkiyə Aralıq dənizində Şimali Kipr Türk Respublikası şelfində karbohidrogen kəşfiyyatına başlayıb.
Keçən çərşənbə günü türk hökuməti və ŞKTR prezidenti Dərviş Eroğlu Nyu-Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhəddinə dair saziş imzalayıb. İmza mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlər barəsində sanksiyalar tətbiq olunacağı haqqında xəbərdarlıq edib.