Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Fransa Prezidenti Nikola Sarkozi öz dövlətinin problemləri ilə məşğul olmalı, özünü tarixçi rolunda sınamamalıdır. Bu barədə Türkiyə hökumətinin Avropa İttifaqı naziri Egemen Baxış bildirib. Trend-in məlumatına görə, xəbəri cümə günü CNN Türk telekanalı yayıb.
Baxış əlavə edib ki, Sarkozinin bəyanatı öz şəxsi reytinqinin qaldırılmasına yönəlib.
Türkiyə 2011-ci ilin sonuna qədər "erməni soyqırımı"nı tanımasa, Fransa müvafiq tədbirlər görəcək. Trend-in erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanda səfərdə olan Fransa Prezidenti Nikola Sarkozi saxta "soyqırım qurbanları"nın xatirəsinə düzəldilmiş memorial kompleksi ziyarət edərkən deyib.