...

Əhməd Oruc: Siyasətdə uğur qazana bilməyən liderlər öz yerlərini gənclərə verməlidir

Siyasət Materials 7 Oktyabr 2011 16:14 (UTC +04:00)
Siyasi proseslərdə iştirak edən və uğur qazana bilməyən liderlər rəhbərlikdən kənarlaşmalı və öz yerlərini cavanlara verməlidirlər.
Əhməd Oruc: Siyasətdə uğur qazana bilməyən liderlər öz yerlərini gənclərə verməlidir

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir T.Hacıyev/

Siyasi proseslərdə iştirak edən və uğur qazana bilməyən liderlər rəhbərlikdən kənarlaşmalı və öz yerlərini cavanlara verməlidirlər. Bu barədə cümə günü Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Oruc onu da qeyd edib ki, Azərbaycanda tamam fərqli bir vəziyyət yaranıb.

"Azərbaycanda siyasi proseslərə demək olar ki, gənc nəsil gəlmir. Gələnlər də bu və ya digər layihələrdə iştirak edən, ya da partiyanın qəzetlərində çalışan gənclərdir. İdeologiyaya görə partiyalara qoşulan gənclər yoxdur. Bu baxımdan Azərbaycan siyasətinin qocalması prosesi gedir", - Oruc əlavə edib.

Partiya sədrinin sözlərinə görə, siyasətlə məşğul olmaq istəyən gənclər daha çox hakim partiyaya və ya hakimiyyət yönümlü partiyalara maraq göstərirlər.

"Sırf ideologiyaya görə partiyalara qoşulan gənclər yoxdur", - o qeyd edib.

Oruc hesab edir ki, siyasi fəaliyyətdə uğur qazana bilməyən liderlərin siyasətdən uzaqlaşması daha məqsədəuyğun olardı, lakin hazırda onları əvəz edəcək gənclərin olmaması bu prosesin getməyinə imkan vermir.

Xəbər lenti

Xəbər lenti