...

ABŞ dövlət katibinin birinci müavini Bakıya gələcək (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 8 Oktyabr 2011 11:53 (UTC +04:00)
Gələn həftə ABŞ dövlət katibinin birinci müavini Uilyam Berns Bakıya səfər edəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
ABŞ dövlət katibinin birinci müavini Bakıya gələcək (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:38-də yayılıb)

Azərbaycan, Bakı, 8 oktyabr / Trend müxbir V.Javoronkova/

Gələn həftə ABŞ dövlət katibinin birinci müavini Uilyam Berns Bakıya səfər edəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

Brayza səfərin proqramını və Bernsin Bakıda danışıqlarının mövzusunu dəqiqləşdirməyib.

Bu, artıq Bernsin Azərbaycana ikinci səfəridir. Birinci dəfə o, Bakıda 2010-cu ilin fevralında olub.

2011-ci ilin sentyabrında Berns BMT Baş Assambleyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.

Xəbər lenti

Xəbər lenti