...

Xəzərin statusu Astanada müzakirə olunacaq

Siyasət Materials 17 Oktyabr 2011 12:32 (UTC +04:00)
Bu ilin noyabrında Astanada Xəzərin hüququ statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun növbəti görüşünün keçirilməsi planlaşdırılıb.
Xəzərin statusu Astanada müzakirə olunacaq

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir T.Hacıyev/

Bu ilin noyabrında Astanada Xəzərin hüququ statusunun müəyyənləşdirilməsi üzrə işçi qrupun növbəti görüşünün keçirilməsi planlaşdırılıb. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, əsas görüşlər Moskva sammiti əsasında olmalıdır.

"Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı lazımi işlər görülüb, amma açıq qalan məsələlər də mövcuddur", - Xələfov deyib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti