...

İordaniyanın yeni hökumətində islamçılar da təmsil olunacaqlar – Baş nazir

Siyasət Materials 20 Oktyabr 2011 12:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İordaniyanın yeni Baş naziri Əun əl-Həsəvinə ölkədə genişmiqyaslı islahatların aparılacağını vəd edib və yeni hökumətdə ölkənin bütün siyasi qüvvələrinin, o cümlədən islamçıların təmsil olunacağını deyib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Əl-Cəzirə" telekanalı məlumat verib.

Baş nazir onu da deyib ki, yeni hökumət korrupsiya ilə mübarizəyə və ölkədə vətəndaşların sosial və siyasi hüquqlarının genişlənməsinə yönəlmiş dəqiq plan və proqram üzrə fəaliyyət göstərəcək.

Oktyabrın 17-də İordaniya Kralı II Abdullah Maruf Bahit hökumətinin istefasını qəbul edib. Kral yeni hökuməti formalaşdırmağı əvvəl hakim işləyən Əun əl-Həsəvinə tapşırıb. Hökumətin buraxılmasının səbəbi İordaniyanın sabiq baş naziri Maruf Bahit kabinetinin tənqid edilməsi olub.

Yanvarın sonunda İordaniyada hökumətin iqtisadi siyasəti və qiymət artımına qarşı kütləvi nümayişlər keçirilmişdi. Bundan sonra Kral II Abdullah hökuməti buraxmış və Maruf Bahiti yeni Baş nazir təyin etmişdi.

Həmin vaxt islamçı müxalifətin nümayəndələri Kralın seçimini tənqid edərək bildirmişdilər ki, Bahit islahatçı deyil.

Xəbər lenti

Xəbər lenti