Azərbaycan, Bakı, 31 oktyabr /Trend/
BMT agentliyinin əsas rəhbər orqanı YUNESKO-nun Baş Konfransı bazar ertəsi Fələstinin bu təşkilata qəbul olunmasına səs verib. Bu barədə Trend bazar ertəsi RİA Novosti-yə istinadən məlumat verir.
Fələstinin YUNESKO-ya qəbul olunması barədə qətnaməni 107 ölkə dəstəkləyib, 14 ölkə isə əleyhinə səs verib. Nümayəndə heyətlərinin çoxu mövcud qərarı alqışlarla qarşılayıblar.