...

Azərbaycanın daxili işlər naziri Rusiyanın Hesablama Palatasının sədrini qəbul edib

Siyasət Materials 2 Noyabr 2011 13:07 (UTC +04:00)
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiyanın Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib.
Azərbaycanın daxili işlər naziri Rusiyanın Hesablama Palatasının sədrini qəbul edib

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Rusiyanın Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib.

Azərbaycan DİN-in mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, nazir kriminogen durumla bağlı məlumat verib, rəhbərlik etdiyi qurumda aparılan islahatlardan, ölkələrimizin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrdən danışıb.

Rusiyanın Hesablama Palatasının sədri ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasından məmnunluğunu bildirib, Azərbaycanda son dəfə 5 il bundan əvvəl olduğunu, ötən müddət ərzində paytaxt Bakının tanınmaz dərəcədə dəyişdiyini və müasir Avropa şəhərlərindən birinə çevrildiyini deyib.

Görüşdə Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin iştirak edib.

Xəbər lenti

Xəbər lenti