...

ABŞ prezidentliyinə namizədlər Avropaya köməkdən imtinaya çağırırlar

Siyasət Materials 10 Noyabr 2011 10:54 (UTC +04:00)
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədlər belə bir yekdil fikri dəstəkləyirlər ki, Birləşmiş Ştatlar borc böhranının cənginə aldığı Avropaya kömək göstərməkdən imtina etməlidir.
ABŞ prezidentliyinə namizədlər Avropaya köməkdən imtinaya çağırırlar

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir X.Murtuzayeva/

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədlər belə bir yekdil fikri dəstəkləyirlər ki, Birləşmiş Ştatlar borc böhranının cənginə aldığı Avropaya kömək göstərməkdən imtina etməlidir. Trend-in məlumatına görə, bu barədə RBK agentliyi xəbər verir.

Prezidentlik kürsüsü uğrunda rəqiblər Mitt Romni və German Keyn güman edirlər ki, Avropa hakimiyyətləri böhrandan özləri çıxmalıdırlar. "Avropa borc böhranının öhbdəsindən gəlmək üçün tam müstəqildir. ABŞ nə onların banklarının, nə də hakimiyyətlərinin xilası üçün vəsait ayırmamalıdır", - Romni bəyan edib.

Bu ərəfələrdə İtaliyanın 10 illik dövlət istiqrazlarının bazar gəlirliliyi rekord 7 faiz səviyyəsinə çatıb ki, bu da Avropa və Amerika birjalarında çaxnaşmaya səbəb olub.

Xəbər lenti

Xəbər lenti