...

Azərbaycan və Rusiyanın XİN rəhbərlərinin müavinləri BMT TŞ-nin gündəliyindəki məsələləri müzakirə ediblər

Siyasət Materials 10 Noyabr 2011 18:14 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Gennadi Qatilov ilə söhbəti baş tutub.
Azərbaycan və Rusiyanın XİN rəhbərlərinin müavinləri BMT TŞ-nin gündəliyindəki məsələləri müzakirə ediblər

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Gennadi Qatilov ilə söhbəti baş tutub. Bu barədə Trend cümə axşamı Rusiya XİN-in rəsmi saytına istinadən məlumat verir.

Məlumatda deyilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) 2012-2013-cü illər üzrə qeyri-daimi üzv qismində seçilməsi fonunda müzakirələr BMT TŞ-nin gündəliyində duran dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, ilk növbədə, Yaxın Şərq və Şimali Afrikada olmaqla ağır regional münaqişələrin nizamlanması məsələlərinə yönəlib.

Tərəflər Rusiya və Azərbaycanın ənənəvi dostluq münasibətləri nəzərə alınmaqla, TŞ çərçivəsində konstruktiv Rusiya-Azərbaycan fəaliyyətinin vacibliyini qeyd ediblər.

Azərbaycan ilk dəfə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib.

BMT Nizamnaməsinin 23-cü maddəsinə əsasən, Baş Assambleya TŞ-yə 10 qeyri-daimi üzv seçir. Seçim zamanı, ilk növbədə, ölkənin beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsində və təşkilatın digər məqsədlərinə çatmaqda iştirak səviyyəsinə diqqət ayrılır.

Xəbər lenti

Xəbər lenti