Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Rusiya əvvəllər bağlanmış müqavilələr üzrə Suriyaya silah satışını dayandırmır. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktor müavini Vyaçeslav Dzirkaln bildirib.
"Suriyaya silah satışına heç bir məhdudiyyət olmadığından Rusiya bu ölkə qarşısında üzərinə götürdüyü bütün müqavilə öhdəliklərini yerinə yetirir", - Dzirkaln jurnalistlərə bildirib.