...

"Amnesty İnternational" Azərbaycanla bağlı hesabatı ilə qərəzsizliyini sübhə altında qoyur – XİN

Siyasət Materials 17 Noyabr 2011 11:00 (UTC +04:00)
"Amnesty İnternational" həmişə olduğu kimi Azərbaycanla bağlı özünün ədalətsiz mövqeyini nümayiş etdirib.
"Amnesty İnternational" Azərbaycanla bağlı hesabatı ilə qərəzsizliyini sübhə altında qoyur – XİN

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir S.Ağayeva/

"Amnesty İnternational" həmişə olduğu kimi Azərbaycanla bağlı özünün ədalətsiz mövqeyini nümayiş etdirib. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bu beynəlxalq hüquq-mühafizəsi təşkilatının Azərbaycanda insan haqları ilə bağlı vəziyyətə dair tənqidi hesabatını şərh edərkən bildirib.

Abdullayevin sözlərinə görə, Azərbaycan üzrə hesabatda göstərilən məqamlar həqiqəti qətiyyən əks etdirmir.

"Azərbaycanda bu istiqamətdə uğurlar var, lakin onlardan heç biri hesabatda əksini tapmayıb. "Amnesty İnternational" bu hesabatla öz qərəzsizliyini şübhə altına qoyur", - Abdullayev qeyd edib.

"Amnesty İnternational" çərşənbə günü Azərbaycanda insan haqları ilə bağlı vəziyyətə dair hesabatını dərc edib.

Xəbər lenti

Xəbər lenti