...

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidentini qəbul edib

Siyasət Materials 19 Noyabr 2011 16:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallası qəbul edib.
İlham Əliyev Avropa Komissiyasının vitse-prezidentini qəbul edib

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat üzrə komissar Siim Kallası qəbul edib.

Siim Kallas dövlətimizin başçısını Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbrik edib.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub, əlaqələrimizin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, eyni zamanda TRASEKA proqramı çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti