...

"Üçlər" yenə bir araya gəldi

Siyasət Materials 5 Dekabr 2011 15:49 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyasının (VİP) Siyasi Şuraşı bazar ertəsi keçirilən iclasında müxalifət partiyalarının birliyinə istiqamətlənmiş təşəbbüslər, bu yöndə aparılan danışıqlar müzakirə olunub.
"Üçlər" yenə bir araya gəldi

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir M.Əliyev/

Vətəndaş və İnkişaf Partiyasının (VİP) Siyasi Şuraşı bazar ertəsi keçirilən iclasında müxalifət partiyalarının birliyinə istiqamətlənmiş təşəbbüslər, bu yöndə aparılan danışıqlar müzakirə olunub.

Trend-in məlumatına görə, VİP-in mətbuat xidmətindən bildirilib ki, iclasda çıxış edən partiya sədri Əli Əliyev VİP, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və Azərbaycan Liberal Partiyasının (ALP) bir arada olmaq qərarına gəldiklərini, üç partiyanın iştirakı ilə formalaşdırılacaq təsisatla əlaqədar işçi qrupunun yaradıldığını bildirib.

Məsələyə münasibət bildirən Siyasi Şura üzvləri müxalifət partiyalarının təmərküzləşməsinə ehtiyac olduğunu önə çəkərək, üç partiyanın bir araya gəlmək qərarını təqdir ediblər.

Xəbər lenti

Xəbər lenti