...

Azərbaycanın müdafiə sənayesi naziri Küveytdə səfərdədir

Siyasət Materials 12 Dekabr 2011 09:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Küveytdə "Körfəz Müdafiə və Aerospeys" adı altında keçirilən ilk beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfərdə məqsəd "Körfəz Müdafiə və Aerospeys" sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal edilən müdafiə təyinatlı məmulatların nümayiş etdirilməsidir.

Üç gün davam edəcək sərgidə Müdafiə Sənayesi Nazirliyi 97 adda müdafiə təyinatlı məmulat nümayiş etdirəcək.

Xəbər lenti

Xəbər lenti