Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir E.Tariverdiyeva/
Metyu Brayzanın Vaşinqtona qayıdışı və onun Azərbaycandakı səfir postundan geri çağırılmasına görə uduzan amerikalılar və ya azərbaycanlılar deyil, kasıb, təcrid olunmuş və yenə də nüfuz oyunlarının qurbanına çevrilən ermənilər olacaqlar. Trend-in məlumatına görə, "Washington Post"un redaktoru Fred Hayat belə hesab edir.
"Vaşinqtonun qeyri-düzgün fəaliyyət sistemi haqqında bu yalnız süjetdir. Lakin Metyu Brayzanın nominasiyasının olmaması ABŞ milli maraqlarının xüsusi maraq qruplarının qurbanına çevrilməsini aydın nümayiş etdirən misaldır", - ABŞ-ın nüfuzlu qəzeti yazır.
"ABŞ Senatında ABŞ Prezidentinin Azərbaycana səfir kimi göndərdiyi peşəkar diplomatın namizədliyi üzrə səsverməyə gözlənilməz qadağa onu ən azından bir ay sonra geri qayıtmağa vadar edəcək", - məqalə müəllifi qeyd edir.
"Bu əhvalat Azərbaycanda deyil, kiçik yoxsul ölkədə, Ermənistanda başlayıb. Ermənistan Birləşmiş Ştatlarda, Fransada və başqa ölkələrdə güclü diaspora malikdir. Lakin son 20 il iqtisadi reytinqdə illik adambaşına 5700 dollar gəlirlə 141-ci yerdə dayanan ölkəyə ümidsizlik gətirib", - Hayat yazır.
Onun fikrincə, bunun səbəblərindən biri Ermənistanın qonşu Azərbaycan və Türkiyə ilə mübahisələrini yoluna qoya bilməməsidir. Soyuq dünya dənizə çıxışın yoxluğunun çox zərərli nəticələrini ağırlaşdırıb.
"Sülhyaratmanın nə üçün baş tutmamasının səbəblərindən biri diasporun bir neçə qrupunun ehkamçılığıdır. Bəzən erməni tərəfinin qeyri-səmərəli fəaliyyəti əhəmiyyətsiz, kasıb resurslara malik Ermənistan üçün xüsusilə ölümcül olur", - Hayat yazır.
Müəllif bildirir ki, Brayzaya qarşı kampaniyanın məğzi onun namizədliyinin ABŞ-ın Erməni Milli Komitəsi və erməni mənşəli seçici dairələrini təmsil edən Senator Barbara Bokserə (Kaliforniya ştatı) və Senator Robert Menendezə (Nyu-Cersi ştatı) yaramamasıdır.
2010-cu ildə Obama ilk dəfə Brayzanın namizədliyini irəli sürəndə Bokser və Menendes Senatda səsverməni dayandıraraq təyinatı təxirə salmağı təklif etmişdilər.
"Bu şübhələr başqaları tərəfindən qəbul edilmir. 36 xarici siyasət xadimi, o cümlədən Dövlət Katibinin sabiq müavinləri Tomas Pikerinq və Nikolas Börns ötən həftə məktub yazaraq Brayzanı strateji uzaqgörənlik, etimad, liderlik kimi qabiliyyətə malik "nümunəvi" səfir adlandırmışlar. Onun tərəfdarları arasında Milli Demokratiya Fondunun , "Freedom House"un, Milli Demokratiya İnstitutu və Amerika Beyəlxalq Respublikaçılar İnstitutunun rəhbərləri - məktubu imzalayanlar da var", - məqalədə deyilir.
Müəllif yazır ki, Metyu Brayza ABŞ səfiri kimi Azərbaycanda hakimiyyətlə vətəndaş cəmiyyəti arasında dialoqun qurulması, Ermənistanla münasibətlərin yaxşılaşdırılmasını dəstəkləyir.
Onun fikrincə, erməni lobbisi və 100 nəfər senatordan ikisinin səyi nəticəsində onun namizədliyinə qoyulan vetonu görən Azərbaycan növbəti səfirin neytrallığına çətin etibar edə.
Fred Hayat hesab edir ki, bunların hamısında uduzan isə, amerikalılar və ya azərbaycanlılar deyil, kasıb, təcrid olunmuş və yenə də nüfuz oyunlarının qurbanına çevrilən ermənilər olacaqlar.