...

Azərbaycan və İsrail arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında saziş imzalanıb

Siyasət Materials 19 Dekabr 2011 13:47 (UTC +04:00)
"Azərbaycan Respublikası hökuməti və İsrail dövləti hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Saziş" imzalanıb.
Azərbaycan və İsrail arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında saziş imzalanıb

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir A.Axundov/

"Azərbaycan Respublikası hökuməti və İsrail dövləti hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında Saziş" imzalanıb.

Trend-in bazar ertəsi Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotemi qəbul edib.

Görüşdə sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Lavon Lotem imzalayıblar.

DGK sədri Aydın Əliyev iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdan razılıqla söhbət açıb, xüsusilə bu əlaqələrin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü bildirib, hər iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı münasibətlərindən, gələcək perspektivlərdən bəhs edib, əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

Azərbaycan Gömrük Xidmətinin İsrailin Gömrük Direktorluğu ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran Komitə sədri bu baxımdan, tərəflər arasında imzalanacaq sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verəcəyinə və tərəflərin inteqrasiyasını sürətləndirəcəyinə əmin olduğunu bildirib.

İsraillə Azərbaycan arasında gömrük sferasında əməkdaşlıq əlaqələrinə nəzər salan Mixael Lavon Lotem iki ölkənin uyğun qurumlarının müsbət məcrada inkişaf edən qarşılıqlı əməkdaşlığından razılıqla söhbət açıb, bütün sahələrdə, o cümlədən gömrük müstəvisində münasibətlərin daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti