...

Siyavuş Novruzov: Azərbaycanda siyasi partiya yaradılarkən azı 50 seçki dairəsindən imza toplanmalıdır

Siyasət Materials 22 Dekabr 2011 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend müxbir M.Əliyev/

Yeni Azərbaycan Partiyası (YAP) "Siyasi partiyalar haqqında" qanuna təklifini açıqlayıb.

YAP-ın icraçı katibinin müavini Siyavuş Novruzov cümə axşamı Trend-ə bildirib ki, partiyanın əsas təklifi ondan ibarətdir ki, partiya üzvləri bütün ölkə ərazisini əhatə etməlidir. "Siyasi partiya ölkənin azı 50 seçki dairəsindən və dairələrin hər birindən 100 nəfərin imzasını toplamalıdır. Beləliklə partiyanın fəaliyyəti bütün Azərbaycan ərazisini əhatə edəcək", - o deyib.

Novruzov misal kimi qeyd edib ki, Ukraynada siyasi partiya yaradılarkən hər şəhər üçün kvota müəyyən olunur.

"Əks halda 5 min imzanı elə bir kənddən də toplamaq olar", - o qeyd edib.

"Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə qəbul olunub. Ciddi dəyişikliklərdən sonra yenidən qəbul olunacaq qanun layihəsində partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi də nəzərdə tutulur. Qanun layihəsində partiya uyaratmaq üçün minimum 5000 imzanın toplanılması təklif olunur.

Xəbər lenti

Xəbər lenti