Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir A.Tağıyeva/
Həbs edilən Türkiyə Baş Qərargahının sabiq rəisi İlkər Başbuğun vəkili məhkəməyə Başbuğun həbsinə qarşı etiraz bəyanatı ilə müraciət edib. Bu barədə cümə axşamı Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi məhkəmə zalından birbaşa həbsxanaya göndərilib.
O, hakim Ədalət və İnkişaf Partiyasını nüfuzdan salmaq üzrə kampaniyaların təşkil edilməsində iştirakda şübhəli bilinir.
İlkər Başbuğ 2010-cu ildə istefaya göndərilib. Hazırda onun hökumətə qarşı yaradılan "Ergenekon" adlanan qrupla əlaqələrinin olub-olmadığı yoxlanılır.