Azərbaycan, Bakı, 20 yanvar /Trend/
Cümə günü Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və "Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatın dəstəyi ilə 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Trend-in Baş konsulluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə azərbaycan diasporunun nümayəndələri, şəhərdə təhsil alan azərbaycanlı tələbələr, Sankt-Peterburqda fəaliyyət göstərən türk dilli diasporlarının nümayəndələri, ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
Mərasim iştirakçıları şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən Baş konsul Qüdsi Osmanov iştirakçılara 19-dan 20-nə keçən gecə baş vermiş qanlı hadisələrin səbəblərindən ətraflı bəhs etmişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulamış, faciəyə məhz ulu öndərimizin təşəbbüsü ilə ilk dəfə siyasi-hüquqi qiymətin verildiyini bildirmişdir.
"Sankt-Peterburqun Azərbaycan diasporu" regional ictimai təşkilatın sədri Heydər İmanov qeyd etmişdir ki, Qanlı Yanvar faciəsi əbədi azərbaycan xalqının yaddaşında qalacaqdır.
Həmçinin tədbirdə "Sankt-Peterburq Azərbaycan investorları Asosiasiyası"nın sədri Pərviz Quliyev və "Naxçıvanın dostları" informasiya mərkəzinin sədri İdris Gəhrəmanov çıxış etmişlər.
Mərasimdən sonra şəhidlərimizin əziz xatirəsinə dualar oxunmuş, ehsan süfrəsi təşkil olunmuşdur.
Sankt-Peterburqda 20 yanvar faciəsinin ildönümü qeyd edilib
Cümə günü Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun və “Sankt-Peterburqun Azərbaycan diasporu” regional ictimai təşkilatın dəstəyi ilə 20 yanvar faciəsinin ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
