...

Azərbaycan Prezidenti İlham Əliyev "UBS Global" şirkətinin direktorlar şurasının sədri ilə görüşüb

Siyasət Materials 26 Yanvar 2012 13:28 (UTC +04:00)
Bu gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “UBS Global” şirkətinin direktorlar şurasının sədri Qaspar Villiger ilə görüşü olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev "UBS Global" şirkətinin direktorlar şurasının sədri ilə görüşüb

Azərbaycan, Bakı, 26 yanvar /Trend/

Bu gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "UBS Global" şirkətinin direktorlar şurasının sədri Qaspar Villiger ilə görüşü olmuşdur.

Trend-in məlumatına görə, görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan "UBS" bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparıldı.

Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladan Qaspar Villiger Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini dedi.

Xəbər lenti

Xəbər lenti