...

İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 8 Fevral 2012 20:42 (UTC +04:00)
Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Prezident İlham Əliyev Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin mühafizəsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən mühafizə olunmasına dair təkliflərini və mühafizəsi zəruri hesab edilən diplomatik nümayəndəliklərin siyahısını hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Xəbər lenti

Xəbər lenti