...

Avropa İttifaqı Azərbaycana dair hesabatı yaxın aylarda açıqlayacaq

Siyasət Materials 29 Fevral 2012 19:04 (UTC +04:00)
Avropa İttifaqı Qonşuluq Siyasəti çərçivəsində 2011-ci il üzrə Azərbaycana dair tərəqqi hesabatını aprelin 25-də açıqlamağı planlaşdırır.
Avropa İttifaqı Azərbaycana dair hesabatı yaxın aylarda açıqlayacaq

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir E.Mehdiyev/

Avropa İttifaqı Qonşuluq Siyasəti çərçivəsində 2011-ci il üzrə Azərbaycana dair tərəqqi hesabatını aprelin 25-də açıqlamağı planlaşdırır. Trend-in məlumatına görə, bunu çərşənbə günü keçirdiyi videokonfransda Aİ-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle deyib.

"Hesabat ilk dəfə olaraq yeni kriteriyalar əsasında hazırlanacaq", - o deyib.

Komissar qeyd edib ki, Aİ Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

Xəbər lenti

Xəbər lenti