Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir E.Mehdiyev/
ABŞ Azərbaycanda yeni səfirin təyin olunmasının əhəmiyyətini anlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı işlər müvəkkili Adam Sterlinq bildirib.
"Mən yeni səfirin nə vaxt ölkəyə gələcəyini dəqiq deyə bilmərəm, lakin biz bunun tezliklə baş verəcəyinə ümid edirik", - Sterlinq deyib.
Onun sözlərinə görə, ABŞ hökuməti, Ağ ev və Dövlət Departamenti bu məsələ üzərində çalışır.
"Biz yaxın gələcəkdə yaxşı xəbərlər eşidəcəyimizə ümid edirik. Hökumətimiz Azərbaycanda yeni səfirin təyin olunmasının əhəmiyyətini anlayır", - o, jurnalistlərə deyib.
Sterlinqin sözlərinə görə, iki ölkənin hökumətləri arasında iş davam edir.
"Hökumətlərimiz arasında iş davam edir, bütün sahələrdə əməkdaşlıq davam etdirilir", - Sterlinq bildirib.
ABŞ-ın keçmiş səfiri Metyu Brayza Azərbaycanda öz missiyasını ötən il dekabrın sonlarında başa vurub.