Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Tağıyeva/
Türkiyə və İran Suriya böhranı məsələsi üzrə fikir ayrılığına malikdirlər. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı İranda səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
"Tehranda keçirilən görüşlərin nəticələri üzrə demək olar ki, Türkiyə və İranın Suriya məsələsi üzrə baxışları üst-üstə düşmür", - Ərdoğan qeyd edib.