...

Elmar Məmmədyarov Bolqarıstan səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Siyasət Materials 29 Mart 2012 17:58 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Todorov Kalinovu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Elmar Məmmədyarov Bolqarıstan səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycandakı səfiri Vasil Todorov Kalinovu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, görüş zamanı Kalinov Azərbaycanda işlədiyi dövrdə Bolqarıstanla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdar olduğunu bildirib.

Nazir Elmar Məmmədyarov hər iki ölkə rəhbərinin siyasi iradələri nəticəsində Azərbaycanla Bolqarıstan arasında münasibətlərin hər zaman yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Bolqarıstan hökumətinə öz təşəkkürünü bildirib.

Məmmədyarov Kalinova xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Xəbər lenti

Xəbər lenti