...

Aİ Azərbaycanla əməkdaşlığın inkişafını müzakirə edəcək

Siyasət Materials 2 Aprel 2012 12:12 (UTC +04:00)
Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle aprelin 2-3-də Bakıda səfərdə olacaq.
Aİ Azərbaycanla əməkdaşlığın inkişafını müzakirə edəcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, E.Mehdiyev/

Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle aprelin 2-3-də Bakıda səfərdə olacaq.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, görüş zamanı Füle Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət partiyalarının nümayəndələri, vətəndaş cəmiyyəti və insan hüquqları müdafiəçiləri ilə görüşəcək.

Görüşlərdə Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı, həmçinin "Şərq Tərəfdşalığı" proqramı müzakirə olunacaq.

Ştefan Füle həmçinin Avronest Parlament Assambleyasının ikinci plenar sessiyasında çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti